Biznesmen, fövqəladə vəziyyətdə 500 nəfərin 20 gün müddətdə rahatlıqla mədəndə qalabiləcəyini deyib
"Soma" holdinq idarə heyətinin sədri, Soma kömür mədəninin sahibi Alp Gürkanıln ötən il verdiyi müsahibədə mədən barədə dediyi sözlər yalan çıxdı. Yerli mətbuatın xəbərinə görə, Alp Gürkan 29 aprel 2013-cü il tarixdə "Dünya" qəzetinə verdiyi müsahibədə mədəndə hər şeyin qaydasında olduğunu bildirib.
Biznesmen, fövqəladə vəziyyətdə 500 nəfərin 20 gün müddətdə rahatlıqla mədəndə qalabiləcəyini deyib.
"... Somadakı mədənimizdə partlama riski olan metan qazını həmişə nəzarətdə saxlayırıq. Hər hansı bir qəza anında yerin altında 500 nəfərin 20 günlük yemək və su ehtiyyatı, habelə bayırla oksigen əlaqəsi olan "Həyat otaqları" var..." – deyə Alp Gürkan qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB