Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfər edəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Narışkin ATƏT Parlament Assambleyasının (PA) yaz sessiyasında Rusiya nümayəndə heyətinə başçılıq edəcək.
"Mən çıxış etmək niyyətindəyəm. Azərbaycanda Avropanın təhlükəsizliyinin təminatı ilə bağlı problemlərin müzakirəsində ATƏT PA-nın rolundan danışacam" - deyə, o vurğulayıb.
Xatıladaq ki, ATƏT PA-nın yaz sessiyası iyunun 28-dən iyulun 1-dək Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB