Rusiya Federal Miqrasiya Xidməti miqrantlarla bağlı yeni qərar qəbul edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvada miqrantlar üçün rus dili və rus mədəniyyəti dərsləri keçiriləcək.
Məsələ ilə bağlı açıqlama verən Rusiya Federal Miqrasiya Xidmətinin Moskva idarəsinin nümayəndəsi Tatyana Dmitriyeva dərslərin miqrantların çalışdığı yerlərdə keçiriləcəyini bildirib: "Hazırda müvafiq monitorinq aparılır. Dərslər sənaye obyektlərində, habelə mənzil-kommunal təsərrüfatı müəssisələrində keçirilə bilər. İşəgötürənin istəyindən asılı olaraq, miqrantlar üçün həmçinin tarix və hüquq dərsləri təşkil oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB