Nazir: “İstefaya hazıram”

"Tutduğum vəzifənin işçilərin həyatı ilə müqayisədə heç bir mənası yoxdur". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərə açıqlamasında deyib.

T. Yıldız Manisa vilayətinin Soma şəhərində baş verən hadisəyə görə, istefaya hazır olduğunu da dilə gətirib: "Tələb olunduğu zaman istefaya hazıram".

Xatırladaq ki, Soma şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb. Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub. Hazırda 90 nəfər dağıntılar altındadır. Görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə