OPEK-dən bildiriblər ki, ABŞ-da şist neft hasilatı dünya neft bazarının əsas artım mənbələrindən biridir.
Lakin Amerikada şist neft hasilatı yalnız 2017-ci ilədək artacaq, 2018-ci ildən sonra azalmağa başlayacaq.
Bu fikri OPEK-in baş katibi Abdulla Səlim əl-Bədri Moskvada Beynəlxalq Energetika Forumunda iştirak edən ölkələrin nazirlər səviyyəsində 14-cü görüşündə səsləndirib.
Əl-Bədri deyib: "2018-ci ildən 2035-ci ilədək məhz OPEK neft bazarının tələbatını təmin edəcəkdir".
OPEK-ə görə, neft hasilatını təkcə dəstəkləmək deyil, həm də genişləndirmək lazımdır. Yaxın illərdə bu məsələni energetikanın əsas mərkəzi sayılan və dünyanın neftə tələbatının xeyli hissəsini təmin edən Yaxın Şərq ölkələri həll edəcəklər.
OPEK Asiyanın inkişafda etməkdə olan ölkələri arasında istehlakın əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.
Baş katib deyib: "Uzunmüddətli perspektivdə tələb və təklif istiqamətini tədricən Şərqə doğru dəyişəcəkdir. Bu regionda kəşfiyyat və qazma işləri daha da fəallaşacaqdır".
Onun sözlərinə görə, bütün neft regionlarında, xüsusən Yaxın Şərqdə neft hasilatı genişlənəcək. Avropada isə əksinə sadə bir artım müşahidə olunacaq.
Energetika bazarında vəziyyət nisbətən sabitdir, neftin qiymətləri də yetərincə sabitdir. Lakin neft təchizatı coğrafiyasında dəyişiklik bu enerji resursunun qiymətlərinin davamlılığı məsələsini sual altına qoyur.
Əl-Bədri sonda deyib: "Vəzifəmiz hasilatın getdikcə çətinləşdiyini və coğrafiyasının genişləndiyini nəzərə almaqla, dünya bazarında qiymətlərin tarazlaşdırılmasına nəzarət etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB