Putin: “Ukraynanın qaz borcu məsələsində Avropa Birliyindən daha aktiv addımlar gözləyirik”
Rusiya Ukraynanın qaz borcu probleminin həlli ilə bağlı Avropa Birliyindən (AB) konkret təkliflərin olmamasından məyusdur. Bu barədə Rusiya prezidenti Vladimir Putin Avropa dövlətlərinin liderlərinə xüsusi müraciətində bildirilir.
Putin bildirib ki, Moskva yaranmış durumla bağlı Avropa dövlətlərindən daha aktiv addımlar gözləyir.
Rusiya prezidenti onu da qeyd edib ki, Moskvanın Ukraynaya qazın satılması məsələsində öncədən ödəmə qərarını verməsi məcburiyyətdən irəli gəlib.
Avropa Birliyinə daxil olmayan bir sıra ölkələrin nümayəndələri ilə görüşlərdə yaranmış durumla əlaqədar narahatlığın ifadə edildiyini deyən Putin AB üzvləri yalnız bir dəfə Varşavada görüş keçirildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB