Somada baş verən faciədən sonra Rusiyanın Sibir bölgəsində Kemerovo Region valisi Aman Tuleyev 3 gün ərzində Kemerovodaki bütün mədən ocaqlarının təhlükəsizliyinə nəzarət edilməsi üçün təlimat verib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kemerovo Valiliyinin Mətbuat Bürosunun spikeri açıqlama verərək Türkiyədə baş verən faciədən kədər duyduqlarını, Türk xalqının ağrısını paylaşdıqlarını bildirib: "Somadakı faciə hamımızı üzdü. Hörmətli Vali Tuleyev Türkiyə səfirinə və qəzanın baş verdiyi Soma kömür müəssisə rəsmilərinə başsağlığı göndərdi".
Spiker Vali Tuleyevin mədəndə çalışmağın dünyanın ən riskli peşəsi olduğunu qeyd etdiyini və 3 gün ərzində bölgədəki bütün mədənlərdə təhlükəsizlik qaydalarına nəzarət edilməsi üçün təlimatlara başladıqlarını bildirib. O həmçinin qeyd edib ki, əgər hər hansı bir mədəndə təhlükə təsbit edilərsə mədəndəki işlər dərhal dayandırılacaq.
Qeyd edək ki, Rusiyanın kömür mərkəzi olaraq bilinən Kemerova bölgəsinin müxtəlif mədənlərində 1990-cı ildən bu yana baş verən qəzalarda təxminən 700 nəfər həyatını itirib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB