Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb

Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.

T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 120 nəfər dağıntılar altındadır. Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.

Qeyd edək ki, faciə Türkiyənin Manisa vilayətinin Soma şəhərində yerləşən mədəndə baş verib.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır. Faciə ilə əlaqədar Türkiyədə üç günlük matəm elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə