Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Bundan əvvəl açıqlama verən ölkənin Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız ölənlərin sayının 205 nəfər olduğunu açıqlamışdı.
Nazir həmçinin məlumat verib ki, hazırda 150-dən artıq şaxtaçının xilas edilməsi üçün işlər aparılır. Görülən işlər nəticəsində 370 nəfəri mədəndən çıxarmaq mümkün olub.
Xatırladaq ki, partlayış Türkiyənin Manisa vilayətinin Soma şəhərində yerləşən mədəndə baş verib.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB