Türkiyə 3 günlük matəm elan etdi

Türkiyə 3 günlük matəm elan etdi

Türkiyədə Manisanın Soma bölgəsində yerləşən kömür mədənində baş vermiş partlayışla bağlı 3 günlük matəm elan edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə hökuməti tərəfindən elan edilən bu qərarda bildirib ki, Manisa vilayətinin Soma bölgəsində kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən 3 günlük matəm elan olunur.

Qeyd edək ki, matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə