Türkiyədəki partlayışdan 6 nəfər sağ çıxdı

Türkiyədəki partlayışdan 6 nəfər sağ çıxdı

Türkiyənin Manisa vilayətinin Soma bölgəsində mədəndə baş verən partlayışdan 6 nəfər sağ çıxıb. SİA- nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 18 saat davam edən axtarış əməliyyat tədbirləri nəticəsində 6 nəfəri sağ çıxarmaq mümkün olub. Onlar təcili şəkildə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, mədəndə baş verən partlayış nəticəsində 201-dən çox insan ölüb, yüzlərlə insan yaralanıb.

Hazırda xilasetmə tədbirləri davam etdirilir. Hadisə yerinə 400-dən çox xilasetmə qrupları cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə