Ərdoğan Türkiyədə baş verən hadisə ilə bağlı açıqlama verdi

Ərdoğan Türkiyədə baş verən hadisə ilə bağlı açıqlama verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş verən partlayışla bağlı açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan partlayış nəticəsində həlak olanlara rəhmət diləyib.

"Baş verən hadisə nəticəsində hazırda əbədiyyətə qovuşanlara ilk növbədə allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Hazırda qəza nəticəsində hələ də çıxarılmayan insanlarla bağlı əməliyyat tədbirləri davam edir. Hadisə nəticəsində şaxtada olanların bir qismi çıxarıb, digər bir qisminin xilası ilə əlaqədar lazımı işlər yerinə yetirilməkdədir. Ümid edirik ki, şaxtada qalan digər insanların xilas etmək imkanı əldə edəcəyik. Həlak olan və yaralananların ailələrinə səbir diləyirəm. Hadisə ilə bağlı xəbər aldıqdan dərhal sonra xilasetmə ilə bağlı işlərə başlanılıb. Enerji və təbii sərvətlər naziri Taner Yıldız öz nümayəndə heyəti ilə xilasetmə tədbirlərini koordinasiya etmək üçün hadisə yerindədir. Balıkesir və Manisa millət vəkilləri də eyni şəkildə bölgəyə səfər ediblər. Ümid edirəm ki, yaxın saatlarda daha konkret və sevincli xəbərlər alacağıq", -deyə baş nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə