İspaniyada iqtidardakı Xalq Partiyasının Leon şəhərindəki nümayəndələr heyətinin rəhbəri İsabel Carrasco silahlı hücum nəticəsində həyatını itirib.
SİA-nın verdiyi xəbərə görə, hadisə şahidləri Carrasconun evindən partiyasının Leondaki mərkəzi binasına gedərkən yanına yaxınlaşan bir qadın tərəfindən odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü söyləyiblər. Həkimlər ağır yaralanan siyasətçinin vəziyyətinə dərhal müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
İspaniya Daxili İşlər Nazirliyindən cinayətə bağlı verilən açıqlamada hücumun "şəxsi intiqam" olduğu və şübhəli olaraq 55 yaşında bir qadın və onun 35 yaşlı qızının nəzarətə alındığı bildirilib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB