Nigeriya Təhlükəsizlik qüvvələrinin gizli xidmətinin spikeri Marilyn Ogar, dünən yayılan videodakı görüntüsünə baxmayaraq, Boko Haram təşkilatının lideri Əbubəkr Şekaunun öldüyünü açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ogar təşkil etdiyi mətbuat konfransında Boko Haramın bir marka halına gəldiyini və hər hansı bir şəxsin onun adından istifadə edərək özünü Əbubəkr Şakau kimi qələmə verə biləcəyini ifadə edərək, əslində Əbubəkr Şekaunun ölü olduğunu söyləyib. Marilyn Ogar təhlükəsizlik qüvvələrinin verdiyi bu məlumata şübhə edilməməsinin lazım olduğunu vurğulayıb.
Xatırladaq ki, dünən yayılan videoda Şekau olduğu deyilən adam qaçırılan qızların buraxılmasına qarşılıq olaraq həbsxanadakı təşkilat üzvlərinin sərbəst buraxılmasını istədiyirdi. Ərəb, İngilis və yerli Hausa ilə Kanuri dillərində danışan Şekau qızlardan bəzilərinin müsəlmanlığı seçdiyini iddia etmişdi.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB