Avropa mətbuatı ikili standartları tənqid edib

Avropa mətbuatı ikili standartları tənqid edib

Avropa İttifaqı ilə bağlı xəbərləri işıqlandıran iki əsas aparıcı portal "EU Reporter" və "New Europe" ikili standartları tənqid edən məqalələr yayıb.

Məqalələrdə Şərq tərəfdaşlığı məkanında baş verən və indiyədək həllini tapmamış münaqişələrə münasibətdə günahkarlara qarşı heç bir sanksiyanın tətbiq edilməməsi tənqid edilir.

Məqalələrdə Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədəki separatçı rejimlərin müvafiq olaraq Azərbaycan, Gürcüstan və Moldovanın hamılıqla tanınmış ərazi bütövlüyünə kölgə saldığı vurğulanır və Avropa İttifaqının bu münaqişələrin həllinə münasibətdə fərqli mövqe sərgilədiyi tənqid olunur.

Hər iki məqalədə separatçı rejimlərin rəhbərlərinin heç bir maneə olmadan Aİ ölkələrinə səfər etmələri diqqətə çatdırılır, təşkilatın bu istiqamətdə heç bir qadağanedici qərar qəbul etmədiyi vurğulanır.

Qeyd edilir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələrinin mövcudluğuna baxmayaraq, Aİ tərəfindən rəsmi Yerevana qarşı müxtəlif məzmunlu sanksiyaların tətbiqi gözlənilərkən bunun əksi baş verir.

Məqalələrdə vurğulanır ki, dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin təhlükə altına salınmasının heç bir şərhi və izahı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə