Silahlı İslamçı qrup Boko Haramın yaydığı yeni videoda Nigeriyada oğurlanan təxminən 130 qızın göstərildiyi iddia olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qrupun lideri Abubakar Shekau deyib ki, saxlanılmış bütün silahlılar azad olunmayana qədər qızlar da buraxılmayacaq.
Onun sözlərinə görə, qızlar dinlərini islama dəyişib. Bazar ertəsi yayılan videoda onların dua oxuduğu göstərilir.
Yayılan videoda qızlardan üçü danışır. İki qız deyir ki, dinini xristianlıqdan islama dəyişib, üçüncü qız isə müsəlman olduğunu deyir.
Xatırladaq ki, aprelin 14-də Boko Haram Nigeriyada 200-dən çox qızı oğurlayıb və onları satacağını demişdi.


Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB