Rusiyanın Praqadakı səfirliyində Avropada İkinci Dünya müharibəsinin başa çatması şərəfinə ənənəvi qəbul təşkil edilib. Tədbirdə Çex Respublikasının sabiq Prezidenti Vatslav Klaus iştirak edib, lakin dövlət hakimiyyətinin yüksək nümayəndələri və Çexiya Prezidenti tədbirə gəlməyiblər.
Senatın sədri Milan Ştexin sözlərinə görə, Rusiyanın Ukraynadakı böhranda fəal iştirakı və Krımdakı vəziyyət bu cür tədbirin keçirilməsi üçün yaxşı atmosfer yaratmır.
Eyni zamanda, Vatslav Klaus jurnalistlərə bəyanatında bildirib ki, onu qəbula gəlməyə jurnalistlərin hücumları vadar edib. Rusiyanın siyasətinə gəlincə isə, Çex Respublikasının sabiq Prezidenti Çexiyanın hazırkı hakimiyyətinin davranışı ilə razılaşmadığını bildirib.
Qəbulda Vatslav Klausdan başqa bəzi xarici diplomatlar, Çexiya və Moraviya Kommunist Partiyasının üzvləri də iştirak ediblər. Kommunist Partiyası sədrinin müavini İrji Doleyş çıxış edərək demişdir: "Biz burada "yüksək" diplomatiya nümayiş etdirmirik. Bu, alman faşistləri üzərində qələbə bayramıdır və Ukraynadakı işləri bura qarışdırmaq lazım deyildir".
Bir neçə yüz qonağın iştirak etdiyi tədbirdə sabiq Baş nazir İrji Rusnok, keçmiş daxili işlər naziri Martin Petsina, Çexiya və Moraviya Kommunist Partiyasının sədri Voytex Filip də olublar.
Çexiya Prezidenti Miloş Zeman və bir çox çex siyasətçiləri son həftələrdə Moskvanın siyasətindən narazılıqlarını bildiriblər, Praqa Krımın Moskvaya birləşdirilməsini dəstəkləməmişdir və Ukraynanın şərqində separatizmə tərəfdar deyildir. Lakin ötən il Miloş Zeman sələfi Vatslav Klausla birlikdə Rusiya Federasiyasının səfirliyi tərəfindən 9 may münasibətilə təşkil olunmuş qəbulda iştirak etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB