Vyetnam və Çin gəmiləri arasında toqquşmalar davam edir

Vyetnam və Çin gəmiləri arasında toqquşmalar davam edir

Cənub-Çin dənizində Vyetnam və Çin gəmiləri arasında davam edən toqquşmalar mübahisəli Paraselsk adaları ətrafındakı sularda gərginliyin artmasına səbəb olub.

Çin gəmiləri toqquşmaları davam etdirərək suatan qurğular vasitəsilə Vyetnamın balıq ehtiyatlarına nəzarət və dəniz polisi orqanlarına məxsus gəmilərə hücum ediblər. Gəmi heyətindən 3 nəfər yaralanıb. Belliklə, toqquşmalarda yaralananların ümumi sayı 9 nəfərə çatıb.

Qarşıdurma Çinin dövlət şirkətlərindən birinin Vyetnamın ona məxsus iqtisadi zona hesab etdiyi rayonda neft hasilatı məqsədilə qazma işlərinə başlamaq niyyətindən sonra baş verib.

Vyetnam hakimiyyət orqanlarındakı mənbənin Yaponiyanın NHK televiziya kanalına bildirdiyinə görə, Vyetnam öz mövqeyindən geri çəkilmək niyyətində deyildir. Rəsmi nümayəndələr Vyetnamın heç bir güzəştə getməyəcəyini və neft hasilatı qurğusu ərazidən çıxarılmayana qədər Vyetnam gəmilərinin mübahisəli suları tərk etməyəcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə