Misirdə ehtimal olunan 200 cihadçını mühakimə edəcəklər

Misirdə ehtimal olunan 200 cihadçını mühakimə edəcəklər

Misir hakimiyyəti "Ənsər Beyt Makdis" islamçı qruplaşmasının ehtimal edilən 200 üzvünü terrorçuluqda ittiham edib.

Hələlik məhkəmə iclasının vaxtı elan olunmayıb. Bildirilir ki, təxminən təqsirləndirilən şəxslərin yalnız yarısı həbsdədir, qalanları isə məhkəmədən gizlənirlər.

Bundan öncə qruplaşma Misirdə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hücumların məsuliyyətini öz üzərinə götürüb.

Hücumlar ötən ilin iyulunda Məhəmməd Mursi prezident postundan kənarlaşdırılandan sonra artıb. Hakimiyyət Mursi tərəfindən rəhbərlik edilən "Müsəlman Qardaşları" islamçı hərəkatını dəfələrlə ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə