Donetsk şəhərində xəsarət almış insanlara tibbi yardım göstərməyə çalışan könüllü həkimlərdən ibarət qrupa silahlı şəxslər hücum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əvvəlcə qadınlı kişili 12 nəfəri girov götürən təcavüzkarlar Qırmızı Xaç Beynəlxalq təşkilatının ofisində olan bütün tibbi ləvazimatları ələ keçirdikdən sonra təşkilatın beş qadın nümayəndəsini sərbəst buraxıblar. Silahlı qrup geridə qalan yeddi kişi vəzifəlini özü ilə aparıb. Donetsk şəhəri yerli bələdiyyə binasına aparılan girovlar arasında bir Fransız vətəndaşı ilə Kievdən üç və Donetskdən üç könüllü həkim olub.
Xatırladaq ki, Keçən ay Donetsk bölgəsinin Slavyansk qəsəbəsində ATƏT-in 12 hərbi müşahidəçisi Rusiya tərəfdarı qruplar tərəfindən qaçırılmışdı. Hərbi heyət Rusiyanın məsələyə müdaxiləsindən sonra sərbəst buraxılmışdı.
Bu arada, Rusiya tərəfdarlarının nəzarət etdiyi Slavyansk qəsəbəsində bir aydır qida çətinlikləri yaranıb. Ukrayna silahlı qüvvələrinin mühasirəyə aldığı qəsəbənin kənar məhəllələrində yaşayan xalq bir həftədir dükanlarda çörək, ət, süt və yumurta kimi qida maddələrini tapa bilmədiklərini bildiriblər. Həmçinin, Slavyanskda kütləvi nəqliyyat da tamamilə dayanmış vəziyyətdədir.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB