Krımda Putin üçün parad keçirilib

Krımda Putin üçün parad keçirilib

Rusiya prezidenti Vladimir Putinin Krıma səfəri zamanı maraqlı hadisə yaşanıb. SİA-ın məlumatına görə, Putin üçün təşkil edilən paradda, bir nəfər Sovet dövrünün simvolu olan "Jiquli" avtomobili ilə iştirak edib. O, avtomobilin üstünə tank lüləsi yerləşdirib. Onun bu hərəkəti Putinin gülüşünə səbəb olub.

Xatırladaq ki, Krımın birləşdirilməsindən sonra Rusiya prezidentinin bölgəyə ilk səfəridir. Putini Krımdakı rus donanmasının əsgərləri milli qəhrəman kimi qarşılayıb. Putin Sevastopolda qələbənin 69 illiyi və şəhərin faşistlərdən azad edilməsinin 70 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak edib.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə