Avropa Komissiyası Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb
Avropa komissarı Karel de Güht bəyan edib ki, Avropa Komissiyası artıq Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb.
Karel de Güht qeyd edib ki, sanksiyalar paketi hazırlanarkən onun bütün mümkün nəticələri, fəsadları və s. nəzərə alınıb. "Bu məxfi sənəddir. Onun qəbul olunub-olunmamasına və nə zaman tətbiq olunmasına dair qərarı XİN rəhbərləri Şurası verəcək", deyə o qeyd edib və Ukraynada yaxın günlərdə gərginliyin səngiyəcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB