Rusiya Prezidenti Vladimir Putin dialoq üçün lazımi şərait yaratmaq məqsədilə bazar günü keçiriləcək referendum səsverməsinin təxirə salınmasını məsləhət görüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şərqi Ukraynada rusiyapərəst fəallar Vladimir Putinin muxtariyyət referendumunu təxirə salmaq təklifini müzakirə edəcək. Donetsk və Luhanskda separatçıların liderləri deyib ki, onlar əvvəlcə məsələni "xalq şurası"nda müzakirəyə qoyacaqlar.
Putin həmçinin, Ukraynada prezident seçkilərinin keçirilməsini "düzgün yol" adlandırıb.
Moskva "rusdilli əhalinin hüquqlarını qorumaq" şüarı ilə şərqi və cənubi Ukraynada fəaliyyətə keçib. Ukrayna hökuməti isə bunu qeyri-demokratik çağırış hesab edib. Rəsmi Kiyev həmçinin, rusiyameylli fəalların daha böyük muxtariyyət istəməsinə etiraz edib və hökumət binalarını fəallardan qurtarmaq üçün qoşunları şərqə tərəf yönəldib.
Ağ Ev isə referendumu "qanunsuz" adlandırıb və bildirib ki, o ləğv olmalıdır, nəinki təxirə salınmalıdır.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB