İsveç və Finlandiya hərbi ittifaq yaradır. İsveçin və Finlandiyanın xarici işlər nazirləri Karin Enstryom və Karl Haqlund Helsinkidə keçirilən mətbuat konfransında iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq planının imzalandığını elan ediblər. Bildirilib ki, belə bir sənədin imzalanmasını təhlükəsizlik tələbləri şərtləndirib.
Plan dinc dövrdə aviasiya, ordu və donanma sahəsində birgə təlimlər keçirilməsini, habelə qonşu ölkələrin maddi resurslarından istifadə olunmasını nəzərdə tutur. Tərəflər qarışıq ordu bölmələri yaradılması barədə də düşünürlər.
Tərəflər Finlandiya ilə İsveçin müdafiə potensialının güclənəcəyinə, resurslardan daha səmərəli istifadə olunacağına ümid bəsləyirlər.
Finlandiyanın müdafiə naziri K.Haqlund mətbuat konfransında bildirib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın yeni mərhələsi gələcəkdə Finlandiya-İsveç müdafiə ittifaqının yaradılmasına yol açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB