ABŞ ötən ay Nigeriyada islamçı qrup Boko Haram tərəfindən qaçırılmış 200-dən çox məktəbli qızı tapmaq üçün mütəxəssislər göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Prezident Barak Obama deyib ki, mütəxəssislər qrupuna hərbi, hüquq və digər qurumların əməkdaşları daxildir. Obama oğurlanma hadisəsinin beynəlxalq ictimaiyyəti Boko Haram qruplaşmasına qarşı tədbirlər görməyə çağıracağına ümid etdiyini bildirib.
Bazar ertəsi Boko Haram lideri Abubakar Şekau 230 qızı "satmaq"la təhdid edib.
Hadisələr ətrafında narahatlıqlar böyüdükcə ABŞ Nigeriya hökumətinə yardım təklif edib. ABŞ Prezidenti hadisəni "ürəkağrıdıcı" və "özbaşınalıq", Boko Haram qrupunu isə "ən pis regional terrorçu təşkilatlardan biri" adlandırıb: "Biz Nigeriyaya yardım qrupu göndərmişik. Onlar qızların harada olmasını aydınlaşdırmağa çalışacaq".
Qeyd edək ki, "Qərb təhsili qadağandır" mənasını verən "Boko Haram" qrupu 2009-cu ildən Nigeriyanın şimalında İslamçı dövlət yaratmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB