Fransa prezidentinin məsləhətçisi Pol Jan-Ortiz "civilent" saytına açıqlamasında bəyan edib ki, mayın 12-13-də Fransua Ollandın Ermənistana səfəri çərçivəsində o, Sarkisyandan geosiyasi sahədə pozitiv addımnların atılacağını gözləyir. SİA-nın məlumatına görə, bu barədə lragir.am saytı Fransa prezidentinin səfəri haqqında yazarkən qeyd edib.
Erməni nəşri qeyd edir ki, Ermənistan Avrasiya İttifaqı çərçivəsində ilişib-qalıb və nə irəli, nə də ki, geriyə addım ata bilmir: "Bu baxımdan, Ermənistanın Gömrük İttifaqında modernləşməsi də sadəlöhv iddia kimi başa düşülməlidir. Eyni zamanda, Ukrayna hadisələrindən sonra, Ermənistan Rusiya ilə birgə izolyasiya şəraitinə düşüb".
Nəşrdə qeyd edilib ki, Olland Ermənistanda Karfur supermarketlər şəbəkəsinin açılışında da iştirak edəcək. Hansı ki, həmin şəbəkədə 11 supermarketin açılışı gözlənilir. Ancaq buna baxmayaraq, Karfur supermarketlər şəbəkəsi də oliqarxların nəzarətində olacaq. Belə ki, həmin şəbəkəyə hazırda maliyyə naziri Qagik Xaçatryan nəzarət edir.
"Beləliklə, Olland bu kimi məsələlərlə yanaşı, Sej Sarkisyandan Rusiya ilə bağlı yürüdülən siyasətdə "pozitiv" addımlar gözləyir. Ermənistan gömrük İttifaqından imtina etməli və növbəti addımlarını Fransa prezidenti ilə məsləhətləşməlidir. Bu, Ollandın Sarkisyana sonuncu şansı kimi də qiymətləndirilə bilər" -deyə, erməni nəşrində qeyd olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB