Mer olmaq istəyənlərin sayı 19-dur

Mer olmaq istəyənlərin sayı 19-dur

Ukrayna paytaxtının meri vəzifəsinə mayın 25-də keçiriləcək seçkilərdə mer kürsüsü uğrunda 19 iddiaçı mübarizə aparacaq. Bu barədə Kiyev şəhər ərazi seçki komissiyasında məlumat verilmişdir.

Kiyev meri vəzifəsinə namizədlər arasında UDAR partiyasının lideri Vitali Kliçko, Kiyev şəhər dövlət administrasiyasının indiki rəhbəri, namizədliyi "Batkivşina" Ümumukrayna Birliyi (ÜUB) tərəfindən irəli sürülmüş Vladimir Bondarenko, Ukrayna Avropa Partiyasının lideri, xalq deputatı Nikolay Katerinçuk, xalq deputatı Lesya Orobets, Ukrayna Kommunist Partiyasının namizədi Aleksandr Komnatski, "Svoboda" ÜAB-ın nümayəndəsi, xalq deputatı Andrey İlyenko, "Za Ukrainu" partiyasının lideri, xalq deputatı Vyaçeslav Kirilenko var.

Kiyevin iki sabiq meri – Aleksandr Omelçenko və İvan Sali də bu vəzifəyə iddialıdır.

Bundan əlavə, avtoyürüşçü Aleksey Moçanov, sahibkar Gennadi Balaşov, İvano-Frankovsk vilayətinin Kaluşa şəhərinin meri İqor Nasalik də seçkilərdə iştirak etmək niyyətindədirlər.

Ukrayna İnternet Partiyasının lideri, mayın 25-də keçiriləcək prezident seçkiləri kampaniyasında iştirak etməyə hazırlaşıb, lakin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən çıxarılmış Dart Veyder də mer vəzifəsinə namizəd kimi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə