Suriyada prezident seçkilərində iştirak edəcək namizədlərinin adı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriyanın Konstitusiya Məhkəməsinin spikeri Macid Hadra prezident seçkiləri üçün namizədliyini irəli sürən 23 nəfərdən 3-ün namizədlik müraciətinin qəbul edildiyini açıqlayıb.
Spiker namizədliyi qəbul edilən şəxslərin Dövlət Başçısı Bəşər Əsəd, Hələb millət vəkili Mahir Abdülhafız Haccar, sabiq nazir və parlamentin üzvü Həsən Abdullah Ən-Nuri olduğunu bildirib.
Qeyd edək ki, Suriyada prezident seçkiləri iyunun 3-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB