Ötən gecə Çinə məxsus yük gəmisi batıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Honq Konq limanından yola çıxan yük gəmisi Po Toi adasının yaxınlığında digər yük gəmisi ilə toqquşub. Hadisə nəticəsində gəmilərdən biri batıb, 11 nəfər itkin düşüb.
Hazırda çinli səlahiyyətlilər Honq Konq limanının ətrafında xilasetmə işlərini davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB