Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana səfər edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu axşam baş tutacaq səfər çərçivəsində Nalbandyan Ermənistan prezidenti Serj Sarkisyanın məktubunu İran prezidneti Həsən Ruhaniyə çatdıracaq.
Ermənistanın xarici işlər naziri iranlı həmkarı Məhəmməd Cavad Zərif və İran prezidenti Həsən Ruhani ilə də görüşəcək. Görüş çərçivəsində İran və Ermənistan arasında iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB