Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətində ötən gün baş verən sel daşqınlarında 350-dən çox insan ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yerli səlahiyyətlilər 2 min nəfərin isə hələ də sel daşqınlarının altında olduğunu bildirib. Xilasedicilər və könüllülər ərazinin palçıq olması səbəbi ilə insanları xilas etməkdə gecikirlər. Fəlakətin ardınca bölgədə axtarış əməliyyatlarına qatılan BMT nümayəndələri hadisə nəticəsində 350 nəfərin öldüyünü açıqlayıb. Yerli polis rəisi isə ölü sayının 500-dən çox olduğunu deyib.
Sel daşqınlarının ardınca kənd qəbirsanlığa çevrilib. Təbii fəlakət zamanı 300 ev torpağın altında qalıb, təxminən 700-ə yaxın ailə gecəni çöldə keçirib.
Qeyd edək ki, hazırda ərazidə sakinlərə çatacaq sayda çadır yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB