Misirdə prezident seçkisi kampaniyası başlanıb

Misirdə prezident seçkisi kampaniyası başlanıb

Mayın 3-də Misirdə prezident seçkisi kampaniyası başlanıb. Kampaniya mayın 23-də başa çatacaq.

Prezident vəzifəsinə namizədlərin son siyahısı mayın 2-də Misir Ali Seçki Komissiyası tərəfindən təsdiq edilib. Ölkədə ali vəzifə uğrunda iki iddiaçı mübarizə aparacaq – sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Həmdin Sabbahi.

Misirdə prezident seçkiləri mayın 26 və 27-ə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə