Etiraz əlaməti olaraq Çexiya XİN-in binası qarşısında cümə namazı qılınıb

Etiraz əlaməti olaraq Çexiya XİN-in binası qarşısında cümə namazı qılınıb

Cümə günü üç yüzədək müsəlman Praqada ölkənin Xarici İşlər Nazirliyinin (XİN) yanında toplaşıb. Onlar bu günlərdə Praqa məscidində aparılan polis əməliyyatı ilə əlaqədar etiraz aksiyası keçiriblər.

Müsəlman icmalarının nümayəndələri hesab edirlər ki, polis olduqca sərt və qeyri-adekvat davranıb. Əməliyyat zamanı xüsusi təyinatlı silahlı dəstə axtarış aparıb və məsciddə olan adamlardan birini "irqçilik ədəbiyyatı" yaymaqda şübhəli bilərək həbs edib.

XİN-in binasının yanında keçirilmiş mitinqdə natiqlər bildiriblər ki, Çexiyada ksenofobiya və islam əleyhinə meyillər güclənir, dövlət hakimiyyət orqanları isə bunu görməməzliyə vurur.

Mitinqdən sonra namaz qılınıb. Təşkilatçılar deyiblər ki, bu ibadət məscidlərdə toplaşan müsəlmanların təhlükəsiz və sülhsevər olduqlarını Praqanın sadə sakinlərinə göstərmək üçün təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə