Ukraynanın şərqində Slavyansk şəhərində saxlanılan ATƏT-in əcnəbi hərbi müşahidəçiləri azad edilib. SİA –nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Ukraynaya danışıqlar üçün göndərdiyi elçisi Vladimir Lukin məlumat verib.
O bildirib ki, mənim siyahımda olan 12 nəfərin hamısı azadlığa buraxılıb.
Müşahidəçilərin azad olunması üçün heç bir sövdələşmə olmadığını dilə gətirən Lukin bunun humanitar akt olduğunu vurğulayıb.: "Biz istərdik ki, bunun ardınca digər humanitar akt da, eləcə də silahlı toqquşmalar və tərəflərin danışıqlar masası arxasına oturması baş versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB