Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada baş verənlərlə bağlı məlumat yayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, o bildirib ki, Ukraynada qan tökülməsi Kiyev və onun Qərbdən olan sponsorlarının təhriki ilə baş verir.
Onun sözlərinə görə, Ukrayna baş verənlərin məsuliyyətini dərk etməlidir: "Onlar başa düşməlidirlər ki, baş verənlərin məsuliyyəti məhz onların üzərinə düşür".
Qeyd edək ki, ötən gün Odessada başlayan toqquşma nəticəsində 41 nəfər ölüb, 200 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB