Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Rusiyanın tələbi illə Ukraynadakı vəziyyəti qiymətləndirmək üçün təcili olaraq toplantı keçirib. Yığıncaqda tərəfləri razı salan heç bir nəticə əldə edilməyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Qərbə səslənərək Ukraynanın onlara verdiyi məsləhətlərdən imtina etməyə çağırıb: "Kiyev rəhbərliyini Cenevrə görüşündə əldə edilən razılaşmaya əməl etməyə çağırırıq. Qərb yoldaşlarımızı da iki dəfə düşünməyə və Ukraynanın "ağıllı" məsləhətlərindən imtina etməyə dəvət edirik. Siyasi maraqlar üzündən Ukrayna xalqının gələcəyi ilə oynamaq xalqa qarşı ədalətsizlikdir." ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover də Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqla günahlandırıb.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daha əvvəl də əksəriyyəti Ukrayna və Qərb ölkələrinin tələbi ilə keçirilən ondan çox yığıncağında hər hansı bir müsbət nəticə əldə edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB