Sürüşmədə 2 mindən çox insan itkin düşdü

Sürüşmədə 2 mindən çox insan itkin düşdü

Əfqanıstanda güclü yağan yağışın səbəb olduğu sürüşmə 2 mindən çox kəndlini torpaq altında qoyub. Ölkənin şimal-şərqindəki Bedahşan vilayətinin Ab Barik kəndinin böyük hissəsini torpaq altında qoyan fəlakət yüzlərlə evi viran qoyub. Bedahşan vilayətinin rəsmisi Navid Forutan kənddə ən azı min 100 ailənin yaşadığını və azı 2 min 100 adamın torpaq altında qaldığının təxmin edildiyini bildirib. Bölgəyə səfərbər edilən xilasetmə qrupları dünən gecəyə qədər 350-dən çox cəsəd tapıb, 100-dən çox yaralı isə xəstəxanalara yerləşdirilib. Xilasetmə işləri nəticəsində təxminən 400 nəfərin həyatı qurtarılıb.

Sürüşmə təxminən bir həftədir aramsız davam edən yağışların yağmasından sonra baş verib. Eyni kənddə keçən həftə də kiçik bir torpaq sürüşməsi baş vermişdi, bir ev dağılmışdı ancaq yaralanan olmamışdı. Kəndlilər özlərini fəlakətdən sığortalamaq üçün evlərini boşaltmağa çalışdıqları bir zamanda ikinci və daha büyük ərazini əhatə edən torpaq sürüşməsi yaşandı.

Qeyd edək ki, Əfqanıstanda son bir neçə həftədə baş verən sel və torpaq sürüşmələrində 150 ​​nəfər ölüb, 67 min adam evsiz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə