“Romaşka” ÖLDÜRÜLDÜ

Ukraynanın Slavyansk bölgəsində fəaliyyət göstərən jurnalistlər "Romaşka" ləqəbli rus snayper-diversantının öldürüldüyü xəbərini yayıblar. SİA charter-97.org saytına istinadən xəbər verir ki, bu barədə ilk məlumatı adıçəkilən bölgədə araşdırma aparan "Komsomolskiy pravda" qəzetinin xüsusi müxbiri Aleksanr Korts verib.

O, məlumatında bildirib: "Bu gün snayper dueli zamanı "Romaşka" ləqəbli şəxs həlak olub".

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı diversantlar arasında radiodanışıqları izləyərkən, "Romaşka"nın Ukrayna hərbçilərindən silahı yerə qoymağı və tərəflərinə keçməyi tələb etdiyinin şahidi olublar. Eyni zamanda "Romaşka"ya təlimatları "Strelok" lqəbli digər təxribat-diversiya qrupunun təlimatçısı verib. O, əsasən "Romaşka"ya hansı tərəfdən atəş açmağı və rəqibini hansı vəziyyətdə susdurmağı öyrədib.

UTX-nə o da məlum olub ki, o, daha bir təxribat-diversiya qrupunun üzvü "Abver"lə birgə Ukrayna hərbçilərinə qarşı snayper müharibəsi aparıb. Qeyd olunur ki, "Romaşka" qrup arasında Kiyevdəki Müstəqillik Maydanında necə fəaliyyət göstərməsi ilə bağlı çoxsaylı söhbətlər edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə