Ukrayna milli özünümüdafiə qərargahı pul mükafatlarının qiymətini artırdı

Ukrayna milli özünümüdafiə qərargahı pul mükafatlarının qiymətini artırdı

Ukrayna milli özünümüdafiə qərargahı odlu silahların təhvil verilməsi ilə bağlı elan etdiyi pul mükafatının qiymətini artırdığını bəyan edib. SİA-nın məlumatına görə, mayın 3-dən başlayaraq separatçılığa, banditizmə və təxribatçılığa qarşı mübarizə çərçivəsində təhvil veriləcək silahlara görə ayrı-ayrılıqda qiymət müəttənləşdirilib. Ümumilikdə, AKM tipli avtomat silahını təhvil verənlərə 3 min, pulyemyot və qumbaraatana görə isə 5 min dollar pul veriləcək.

Dnepropetrovskda isə 8 separatçının təhvil verilməsinə görə 10 min dollar pul mükafatı verilib. Silahlar Dnepropetrovsk vilayətində qurulan "Aleksandropol", "Slavyanka-sərhəd" və "Pokrovka" blokpostlarında təhvil alınır. Silahlar təhvil veənlərin üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərin olması isə mütləq deyil. Pul mükafatları dərhal, yerindəcə ödənilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə