“Tiraspol “5+2” formatında danışıqlar prosesindən xaric edilməlidir”

“Tiraspol “5+2” formatında danışıqlar prosesindən xaric edilməlidir”

Rumıniya Prezidenti Trayan Besesku bildirib ki, Moldova Respublikası Avropa İttifaqına daxil olmağa dair danışıqlara 2018-ci ildə başlaya bilər.

Rumıniya Prezidenti fikrini dəqiqləşdirərək deyib ki, Moldova Avropa İttifaqına daxil olmaq üçün əvvəlcə Dnestryanı bölgə ilə münaqişəni tənzimləməlidir.

T.Besesku bu kontekstdə qeyd edib ki, danışıqların indiki "5+2" formatı səmərəsizdir, bu formatı dəyişmək, Tiraspol nümayəndələrini danışıqlar prosesindən xaric etmək lazımdır.

T.Besesku "Unimedia" portalına müsahibəsində deyib: "Mən beynəlxalq görüşlərdə də açıq bildirmişəm ki, danışıqların "5+2" formatı səmərəsizdir. Bu mənim qəti fikrimdir – danışıqların formatını dəyişmək lazımdır. Mən bu formatı daha sadə təsəvvür edirəm: Rusiya, Avropa İttifaqı, ABŞ və əlbəttə Kişineu. Tiraspolun isə orada heç bir işi yoxdur. Ona görə ki, Tiraspol heç kəsin legitim nümayəndəsi deyildir".

Bütün xəbərlər Facebook səhifəmizdə