"The Washington Post" qəzetinin yazdığına görə, ABŞ-ın iri informasiya texnologiyaları (İT) şirkətləri istifadəçilərə xəbərdarlıq etmədən onların məlumatlarını hakimiyyət orqanlarına ötürməyi dayandırıblar. Şirkətlər bildirirlər ki, istifadəçilər hakimiyyət orqanlarının onların şəxsi məlumatları ilə tanış olmaq istədiklərini irəlicədən bilməlidirlər.
"Apple", "Microsoft", "Facebook" və "Google" hər gün istifadəçilərin xəbərdar olunması praktikasını tətbiq edir, ABŞ-ın hakimiyyət orqanlarının şəxsi məlumatlarını əldə etmək istədiklərini onlara irəlicədən bildirirlər. Yahoo belə siyasəti 2014-cü ilin iyul ayından tətbiq etməyə hazırlaşır.
Yalnız belə bildirişlərin məhkəmə və ya dövlət orqanları tərəfindən qadağan olunması halları istisna təşkil edəcək. Bundan əlavə, şirkətlərin bu siyasətinin ABŞ-ın xarici kəşfiyyatlara nəzarət işləri məhkəməsi tərəfindən bəyənilmiş sorğulara, habelə Federal Təhqiqatlar Bürosunun qanuna görə məxfi olan fərdi informasiyanın açılması barədə tələb məktublarına aidiyyəti yoxdur.
Şirkətlərin bu mövqeyi məlumatları cinayətlərin araşdırılması üçün hakimiyyət orqanları tərəfindən gizli istifadə olunan on minlərlə amerikalı istifadəçiyə şəxsi məlumatının açıqlanmasının qarşısını almaq üçün məhkəməyə müraciət etmək imkanı verir.
Prokurorluq əməkdaşları bildirirlər ki, İT-şirkətlər mümkün cinayətkarları xəbərdar etməklə, onların günahını sübut edən qiymətli rəqəmsal sübutları hüquq mühafizə orqanları ələ keçirənə qədər həmin dəlillərin məhv edilməsinə şərait yaratmaqla, istintaqa mane olacaqlar.
"The Washington Post" qəzeti yazır: "Məlumatlarını hüquq mühafizə orqanlarının ələ keçirmək istədikləri istifadəçiləri planauyğun şəkildə xəbərdar edən şirkətlər aşkar ediblər ki, müstəntiqlər çox vaxt sorğularından imtina edirlər, şübhəlilərin araşdırmadan xəbər tutmasını istəmirlər".
Ötən il Edvard Snoudenin Milli Təhlükəsizlik Xidmətini ifşa etməsi və onun internet istifadəçilərini izləməsi barədə faktları üzə çıxarması İT-şirkətlərin siyasətində dəyişikliklərə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB