Avropa İttifaqı qadın məşqçilərinin sayının artmasını dəstəkləyir

Avropa İttifaqı qadın məşqçilərinin sayının artmasını dəstəkləyir

Avropa İttifaqının idman məsələləri üzrə komissarı Andrulla Vassiliu UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb.

A.Vassiliu müasir kişi və qadın futbolunda qadın məşqçilərin sayının artırılması, habelə UEFA və Avropa İttifaqının ayrı-seçkilik və cinsi zorakılıq hallarına qarşı mübarizə sahəsində daha sıx əməkdaşlıq etmələri barədə məsələ qaldırıb.

Avropanın 52 futbol federasiyasından 20-də bir nəfər də olsun qadın işləmir.

M.Platini deyib: "Proqramın vəzifəsi futbol federasiyalarında mühüm qərarların qəbul edilməsini nəzərdə tutan vəzifələrə qadınları daha çox cəlb etməkdir. Əlbəttə, bu proses vaxt aparacaqdır, lakin biz bu proqramın köməyi ilə məqsədə doğru ilk böyük addım atmağa ümid bəsləyirik. Mənə belə gəlir ki, idmançıların, assosiasiya işçilərinin, Avropa klublarının və UEFA-nın psixologiyasını dəyişdirməliyik. Proqramın iştirakçıları bu məqsədə çatmağımıza kömək etmək iqtidarındadırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə