Yaponiya və Malayziya razılığa gəlib

Yaponiya və Malayziya razılığa gəlib

Yaponiyanın müdafiə naziri İçunori Onodera və Malayziyanın müdafiə naziri Hişamuddin Hüseyn beynəlxalq qanunlara uyğun olaraq dənizdə qaydaların qorunması məqsədilə iki ölkə arasında əməkdaşlıq barədə razılığa gəliblər.

İ.Onodera aprelin 29-da Malayziyanın müdafiə naziri ilə görüşündə deyib ki, Yaponiya mövcud status-kvonu güc yolu ilə dəyişmək cəhdləri ilə razılaşmayac.

İ.Onoderanın bu fikri Şərqi-Çin dənizindəki Senkaku adaları ətrafında Yaponiyaya məxsus ərazi sularına Çin gəmilərinin tez-tez girməsi ilə əlaqədardır.

Yaponiyanın müdafiə naziri, həmçinin ölkəsinin Konstitusiyanın yeni interpretasiyası ilə əlaqədar imkanları araşdırdığını bildirib. Yeni interpretasiya ölkəyə kollektiv özünümüdafiə ilə əlaqədar hüquqları həyata keçirməyə imkan verəcək.

Görüşdən sonra İ.Onodera jurnalistlərə bildirib ki, Yaponiya və Malayziya yalnız iqtisadi sahədə deyil, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq barədə razılığa gəliblər. Çünki Malayziyanın da Şərqi-Çin dənizində Çinlə ərazi mübahisəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə