WhatsApp qadağan olundu

İran WhatsApp xidmətinə girişə qadağa qoyub. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğu yanında Cinayət tərkibi hallarının müəyyən edilməsi üzrə komitənin katibi Əbdüssəməd Xörrəmabadi məlumat verib.

Onun sözlərinə görə, qərar bir müddət bundan qəbul edilsə də, hələ də ölkənin İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi tərəfindən yerinə yetirilməyib. Nazirliyə xəbərdarlıq edən komitə məsələ ilə bağlı quruma bir daha müraciət etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə