Vladimir Putin ABŞ və Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiyalar tətbiq etmək barədə səsləndirdiyi fikirlərə cavab verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Putin bildirib ki, ABŞ və AB hələlik bu barədə yalnız məlumat yayır.
Onun sözlərinə görə, sanksiyalar icra olunmağa başladıqda Rusiya Qərbə öz cavabını verəcək: "Rusiya hökuməti ABŞ və AB-yə cavab vermək üçün bəzi əks sanksiyalar tətbiq etməyi təklif edib. Lakin mən düşünürəm ki, hələlik buna ehtiyac yoxdur. Əgər Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə təkid etsə, biz də Rusiyada enerji sahəsi başda olmaqla, digər sahələr üzrə ABŞ və AB ilə qurulan əlaqələrimiz barədə bir daha düşünəcəyik".
Putin Ukraynada baş verənlər hadisələrdə Rusiyanın "rolu" barədə də danışıb: "Partnyorlarımız Ukrayna böhranının həllində "Vətəndaş müharibəsi ssenarisi"ndən istifadə etməyi seçdi. Daha sonra isə ssenarinin nə ilə başa çatacağı barədə düşünmədilər. İndi də günahkar axtarırlar. Amma mən Rusiyanın Ukrayna böhranı ilə heç bir əlaqəsinin olmadığını demək məcburiyyətindəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB