Braziliyada etirazçılarla polis qarşı-qarşıya gəldi

Braziliyada etirazçılarla polis qarşı-qarşıya gəldi

Braziliyanın Rio de Janeyro şəhərində vurulan yaşlı bir qadının həyatını itirməsinə hirslənən nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polisin qeyri-mütənasib gücdən istifadə etdiyini səbəb göstərən aktivistlər 9 bələdiyyə avtobusunu yandırıblar. Polis nümayişçilərə göz yaşardıcı qaz və plastik güllələrlə müdaxilə edib.

Braziliya Dünya Kubokuna hazırlaşdığı bir ərəfədə yaşanan küçə hadisələri ölkə imicinə zərər verməyə davam edir. Braziliya Milli Komandasının Texniki Direktoru Luiz Felipe Skolari hadisələrin turnirə zərər verməsindən narahatlıq keçirdiklərini bildirib. O qeyd edib ki, etirazların baş verməsi normal haldır. Əgər qırıb tökmə yoxdusa bu bir demokratik reaksiyadır, ictimai bir hadisədir. Hər kəsin A və ya B şəxsinə qarşı etiraz etmək hüququ var. Amma etirazlar doğru zamanda mı edilir, bu mövzudanarahatlıqlar var.

Xatırladaq ki, keçən il ölkədə etirazçılar hökumətin ictimai xidmətləri yaxşılaşdırması yerinə Dünya Kubokuna milyardlarla dollar xərcləməsinə sərt reaksiya göstərmişdi. Bu il də Dünya Kuboku turniri zamanı böyük nümayişlər keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə