İraqda ABŞ-sız ilk seçkilər keçirilir

İraqda ABŞ-sız ilk seçkilər keçirilir

3 il əvvəl ABŞ qoşunlarının ölkədən çıxarılmasından sonra İraq ilk parlament seçkilərini keçirir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Baş nazir Nuri Əl-Malikinin rəhbərlik etdiyi partiyanın üçüncü dəfə də seçkiləri qazanacağı proqnozlaşdırılır.

20 milyondan artıq iraqlı ümumilikdə 48 mindən artıq seçki məntəqəsində öz seçimini edir. Seçkilərin nəticələrini proqnozlaşdırmaq çətin olsa da, Baş nazir Nuri Əl-Maliki koalisiya quruculuğu prosesində real qalib olacağı gözlənilir.

İraqın müstəqil ali seçki komissiyasının məlumatına görə, 276 siyasi partiya və təşkilatlardan 9039 namizəd qeydə alınıb. 18 əyalətdən 320 deputat proporsional əsasla seçilir, daha səkkiz yer dini azlıqların nümayəndələrinə verilir.

Qadınlar üçün isə 82 yer ayrılıb.

Seçkilər zamanı təhlükəsizliyin təmin olunması üçün şəhərin əsas yolları və hava limanı müvəqqəti olaraq bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə