Ermənistan yenə “birinci yerdədir”

Ermənistan yenə “birinci yerdədir”

Avropa Şurası 43 ölkənin həbsxanalarında intihar hadisələri ilə bağlı apardığı araşdırmaların nəticələrinə dair məlumat yayıb.

Avropa İttifaqına üzv ölkələr arasında intihar hadisələrinə görə Fransa beşinci yerdədir. 2011-ci ildə bu ölkədə 10 min məhbus arasında 15,6 faiz intihar hadisəsi qeydə alınıb. Bu, orta hesabla Avropa İttifaqının digər ölkələri ilə müqayisədə 7,7 faiz çoxdur.

Lüksemburq, Finlandiya, Monteneqro və Sloveniyanın həbsxanalarında məhbusların öz həyatlarına qəsd etmələri daha yüksəkdir.

Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında intihar hadisələri daha çox Ermənistanda qeydə alınıb. İntihar hadisəsinə görə Ermənistan Moldavanı, Ukraynanı və Rusiyanı qabaqlayıb. Bildirilir ki, hər il Ermənistanda 10 min məhbusdan 60-ı intihar edir. Ümumilikdə isə intihar hadisələrinə görə Ermənistan 43 ölkə arasında birinci yeri tutur.

Məlumatda, həmçinin məhbusların yerləşdirilməsi məsələsindən də bəhs olunur. Fransa kimi ölkədə bu məsələ ciddi problemdir. 2003-cü illə müqayisədə 2012-ci ildə Fransada məhbusların sayı 5-20 faiz artıb. Ölkənin həbsxanalarında 100 yerə 117 məhbusun düşdüyü qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə