Vladimir Putinin sərvətinin həcmi açıqlanıb

Vladimir Putinin sərvətinin həcmi açıqlanıb

Rusiya prezidenti Vladimir Putinin sərvətinin həcmi açıqlanıb. SİA-nın xəbərinə görə, ABŞ-ın "New York Times" qəzeti CIA-nın hazırladığı hesabata istinadən bildirir ki, 7 il öncə Putinin sərvəti 40 milyard dollar olub.

Qəzetdə qeyd olunub ki, Putinin sərvətinin hazırkı həcmi barədə ABŞ-ın dəqiq məlumatı yoxdur. Lakin Kremlin yaydığı məlumata görə, Rusiya liderinin illik qazancı 102 min dollardır. Prezidentin illik qazancının çox olmasını nəzərə alaraq, Vaşinqton Putinin Rusiyanın enerji şirkətlərinin büdcəsindən əlavə gəlir götürməsindən şübhələnir.

Qeyd edək ki, 2003-cü ildə edam edilən İraqın keçmiş diktatoru Səddam Hüseynlə Moskva arasında böyük ticarət əlaqələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə