Cənubi Koreyanın Dövlət Başçısı Pak Kın He aprelin 16-da "Sevol" sərnişin gəmisinin batması nəticəsində xeyli sayda insanın həyatını itirdiyinə görə xalqdan üzr istəyib və təəssüf etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumət nümayəndələri qarşısında çıxışı zamanı Pak Kın He hökumətin faciənin qarşısını ala bilməməsinə və əvvəldən lazımi tədbirlər görməməsinə görə üzr istədiyini deyib.
Cənubi Koreya prezidenti həmçinin dövlət məmurları arasında intizamın artırılmasına ehtiyac olduğunu vurğulayıb və bu cür faciələrin qarşısının alınması üçün yeni hökumətin formalaşdırılmasını təklif edib.
C.Koreya mediasında çıxan xəbərlərə görə, bu çıxışdan əvvəl qəzada həyatını itirən tələbələrin oxuduğu Ansan şəhərini ziyarətə gələn Park ölənlərin yaxınları tərəfindən etirazla qarşılanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Cənubi Koreyanın Baş naziri Çon Xon Von sərnişin bərəsinin batması ilə əlaqədar çoxsaylı tənqidlərə məruz qaldıqdan sonra istefa verib.
476 nəfərin olduğu gəmidə ölənlərin sayı 188-ə çatıb, itkin düşən 114 nəfərin axtarışları isə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB